Bu məqalə qaralama halındadır. |
Maykl Kollins | |
---|---|
irl. Mícheál Seán Ó Coileáin ing. Michael John Collins | |
Müvəqqəti hökumətin sədri | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | V.T Kosqreyv |
Maliyə Naziri [1] | |
2 aprel 1919 – 22 avqust 1922 | |
Əvvəlki | Makneyl Ouen |
Sonrakı | V.T Kosqreyv |
Daxili İşlər Naziri | |
22 yanvar 1919 – 1 aprel 1919 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Artur Qriffit |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Sems Kross, Kounti Kork, İrlandiya |
Vəfat tarixi | (31 yaşında) |
Vəfat yeri | Bealnabla, Kounti Kork, İrlandiya |
Vəfat səbəbi | döyüşdə ölüm |
Dəfn yeri | Qlasnevin məzarlığı, Dublin |
Partiya | Şinn Feyn |
Təhsili | London Kral Kolleci |
Fəaliyyəti | siyasətçi, zabit, dövlət xadimi |
Atası | Maykl Con Kollins |
Anası | Meri Anna Obrayn |
Hərbi xidmət | |
Xidmət illəri | 1909–22 |
Mənsubiyyəti | Azad İrland dövləti |
Rəhbərlik edib |
İnqilabçı İrlandiya Respublikası İrlandiya Respublikaçı Birliyi İrlandiya Milli Ordusu |
Döyüşlər | |
Rütbəsi | Baş komandir |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Maykl Kolins (irl. Míceál Ó Coileáin; 16 oktyabr 1890[2][3] – 22 avqust 1922[4][2][…]) — XX əsrdəki İrlandiya İstiqlal müharibəsinin önəmli siması olmuş İrlandiyalı inqilabçı, əsgər, siyasətçi.
İrlandiyanın Kork əyalətində doğulan Maykl ibtidai təhsilini tamamladıqdan sonra Londona yollanaraq burada poçtalyon, katib kimi peşələrə yiyələnir. Londonda olarkən İrlandiyanın müstəqilliyi üçün çalışan dərnək və təşkilatlara qoşulur. 1916-da İrlandiyaya qayıdan Kollins Şinn Feyn (İrlandiya Milliyətçiləri) hərəkatının aktiv bir üzvünə çevrildi. Eyni ildə baş verən Pasxa üsyanında həbs edilsə də, çox keçmədən sərbəst qaldı və İrlandiyaya qayıdaraq hərəkatda önəmli yer tutmağa başladı.
1918 dekabrında ümumi seçkilərdə böyük nailiyyət əldə edən Respublikaçılar İrlandiya Məclisini (Deyl Eyran) təsis edirlər. Mayklın Kork şəhərindən üzv olduğu məclis 1 ay sonra İrlandiyanın müstəqilliyini elan edir. O, burada Maliyə naziri, Müvəqqəti hökumətin sədri, Daxili İşlər naziri olaraq vəzifə tutur[5]. İrlandiyanın müstəqilliyinə qarşı göndərilən İngiltərə ordusu, İRO (İrlandiya Respublikaçı Ordusu) nun müqaviməti ilə qarşılaşır. Qarşıdurma 1921-ə qədər dəvam edir. İyul ayında elan edilən atəşkəsdən sonra danışıqlar başlayır. Maykl və yoldaşları bundan sonra İngiltərəyə qarşı vuruşmağın mənasız olduğunu düşünərək 6 dekabr 1921-ci ildə İngiltərə ilə müqavilə imzalayırlar. Mayklın bu qərarı digər respublikaçılar tərəfindən nifrətlə qarşılandı və ölkədə vətəndaş müharibəsi başladı. Ordu komandirliyinə qədər yüksələn Kollins 22 avqust 1922-ci ildə hərbi təftişdən qayıdarkən pusquya düşürülərək öldürülür.